Ana Sayfa > Karusel / Dünya / M2 / İbadət > Rusiyalılar ali məktəblərdə hicaba “yox” dedilər

Rusiyalılar ali məktəblərdə hicaba “yox” dedilər


30-06-2015, 16:44. Yazar: Xeberaz
Rusiyalılar ali məktəblərdə hicaba “yox” dedilər
Sorğu keçirilib.

Rusiya Federasiyası sakinlərinin əksəriyyəti (74%) təhsil müəssisələrinə dərsə hicabda gəlməyi yolverilməz hesab edirlər.

Xeberaz.az -ın məlumatına görə, bu barədə İnterfaks-a çərşənbə axşamı “Levada-Mərkəz”dən bildiriblər.

Əks mövqeyi sorğuda iştirak edənlərin 18%-i tutur. 9% cavab verməyə çətinlik çəkiblər. Bu sorğu 19-22 iyunda ölkənin 46 regionunda 134 yaşayış məntəqəsində 800 nəfər arasında aparılıb.

Hicabın azad taxılmasına tərəfdar olan kişilər (20%), yaş həddi 25-39 arası olanlar (23%), ali təhsilli (21%), yüksək istehlakçı statuslu (20%), eləcə də 100 mindən çox əhalisi olan şəhər sakinləri olub (20%).
Geri dön