Ana Sayfa > Karusel / Hadisə > Bakıda mənzildə meyit aşkarlanıb

Bakıda mənzildə meyit aşkarlanıb


5-10-2017, 14:54. Yazar: Xeberaz


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Binəqədi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
FHN-dən  verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib.
 
1970-ci il təvəllüdlü Bağırov Elçin Vəli oğlunun cəsədi xilasedicilər tərəfindən mənzildə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Geri dön