Ana Sayfa > Karusel / Hadisə > Bakıda uşağa 5 it hücum etdi - Şoka düşüb...

Bakıda uşağa 5 it hücum etdi - Şoka düşüb...


5-10-2017, 14:47. Yazar: Xeberaz
Bakıda uşağa 5 it hücum etdi
Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib.
Iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb.
4 saylı uşaq poliklinikasından “Qafqazinfo”ya bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib.
İt dişləyən M.Safiyeva 63 saylı orta məktəbin şagirdidir.
Geri dön