Ana Sayfa > Karusel / Hadisə > Arvadının məşuqunu öldürən ərin məhkəməsi başladı

Arvadının məşuqunu öldürən ərin məhkəməsi başladı


4-10-2017, 12:37. Yazar: Xeberaz
Arvadının məşuqunu öldürən ərin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə evdə yaşayn İ.Əhmədovun arvadının evin sahibi 1991-ci il təvəllüdlü Fial İsmayılovla intim əlaqəsinin olmasından şübhələnib. Bir gün o, evdən işə getmək adı ilə çıxıb və dərhal geri qayıdıb. Bu zaman arvadı ilə F.İsmayılovu bir yerdə görüb. İ.Əhmədov ev sahibi F.İsmayılovu 4 bıçaq zərbəsi ilə qətlə yetirib.
Geri dön