Ana Sayfa > Karusel / Gündəm / Xəbəraz TV > Bakıda yeni çəkilmiş yol belə çökdü - ŞOK GÖRÜNTÜ - VİDEO

Bakıda yeni çəkilmiş yol belə çökdü - ŞOK GÖRÜNTÜ - VİDEO


4-10-2017, 11:32. Yazar: Xeberaz
 
Bakıda daha bir yol çöküb.
 
Paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin ("İmperator" şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: "Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib".
 
Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə "Azəravtoyol" ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. "Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq", - deyə o bildirib.
 
Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.

 



Geri dön