Ana Sayfa > Karusel / İdman > "Fantastik məşqçidi, amma kişi deyil" - İbrahimoviçin məşhur sitatları

"Fantastik məşqçidi, amma kişi deyil" - İbrahimoviçin məşhur sitatları


3-10-2017, 15:36. Yazar: Xeberaz

Bu gün "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç üçün xüsusi gündü.
Xəbəraz.Az apasport.az-a istinadən xəbər verir ki, dünya futbolunda özünəməxsus yeri olan forvard 36 yaşını qeyd edir. 
Karyerası ərzində daim aparıcı klublarda çıxış etmiş "İbra" meydandakı oyunu, vurduğu qollarla yanaşı, açıqlamaları ilə də tez-tez diqqət mərkəzinə düşməyi bacarır. Bu yazıda İsveç yığmasının sabiq üzvünün müxtəlif vaxtlarda dediyi maraqlı fikirlərə yer verdik...
- Dünyanı mənsiz görməyə dəyməz.
 
- Mən "Ferrari"yəm, amma sən məni "Fiat" kimi sürürsən ("Barselona"nın sabiq baş məşqçisi Xosep Qvardiolaya deyib).
 
- Qvardiola fantastik məşqçidi, amma insan kimi qorxaqdı. O, kişi deyil.  
 
- Qvardiola paltardəyişmə otağında fəlsəfi söhbətlər edirdi, halbuki bu, böyük sinif şagirdləri üçün zibildi.
 
- Messi "Qızıl top"u çox qazanıb. Əvəzində mən dükandan konfet alanda qutunun üstünə çıxmıram.
 
- Balotelli tez-tez deyirdi: "Mən səndən də yaxşıyam". Elə bilirdim, zarafat edir. Sən demə, doğrudan da, o cür düşünürmüş.
 
- Niyə vannada yatdım? Günahkar Trezegedi. O, araq süzürdü, mən də içirdim. Davidin sayəsində indi araqla aram daha yaxşıdı ("Yuventus"la İtaliya çempionu olandan sonra deyib).
 
- Özümü kiminlə müqayisə edərdim? Məhəmməd Əli ilə. O deyəndə ki, rəqib 4-cü raundda yerə uzanacaq, bunu edirdi.
 
- Bacınla evimə gəl, gey olub-olmadığımı anlayacaqsan (jurnalistin sualını cavablandırarkən deyib).
 
- Mourinyo otaqda işığı yandıranda Qvardiola jalüzü çəkirdi. Pep bu yolla ona qarşı durmağa çalışırdı.
 
- "Barselona"da futbolçularla heç bir problemim yox idi. Hamısı yaxşı idi. Sadəcə, onlardan heç biri özünü superulduz kimi aparmırdı və bu, mənə qəribə gəlirdi. Messi, Xavi, İnyesta və digərləri mənə məktəbliləri xatırladırdılar. Sadəcə, dayanıb, başlarını yelləyirdilər.
 
- Con Karyunun futbolda etdiklərini mən portağalla edərəm.
 
- Messi təbiidi, Ronaldo isə məşqlərin məhsuludu.
 
- Fikrimcə, Messi, Ronaldo və Riberinin hər biri "Qızıl top"a layiqdi. Ancaq mükafat Santa-Klausa verilməlidi.
 
- Mənim zəif ayağım yoxdu (jurnalistin "zəif ayağınla qol vurdun" cümləsinə cavab verib).
 
- Ən yaxşı futbolçu olduğumu bilmək üçün "Ballon d'Or"a ehtiyacım yoxdu. Bu mükafat bəzi oyunçulara daha önəmli gələ bilər.
 
- Yalan danışmağa davam etsən, iki ayağını da birdən qıraram, üstəlik, bu dəfə qəsdən (Van der Vartın "İbrahimoviç özünü qəsdən zədələyib" fikrinə cavab verib).
 
- Məni satmağın pis prezident olmağının nəticəsidi ("Barselona"nın sabiq prezidenti Sandro Rossellə cavab verib).
 
- İngiltərəni 3 ayda fəth etdim ("Mançester Yunayted"də qollarını sıralayanda deyib).
 
- PSJ-də ən çox maaşımdan ötrü darıxıram.
 
- Poqbanın transferinin klub üçün çox bahalı olacağını düşünənləri anlamıram. "Mançester Yunayted" sırf mənim forma satışımdan əldə edəcəyi pulla Poqbanı ala bilər.
 
- İsveç mənəm. Rosenqarddan gəlib, buranı fəth etdim, öz ölkəmə çevirdim.
Geri dön