Ana Sayfa > Karusel / Gündəm > Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?


3-10-2017, 12:08. Yazar: Xeberaz


“Oktyabrın 5-dən etibarən hava sabitləşəcək, yağışlar kəsəcək, temperatur yüksələcək”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, hazırda ölkə ərazisində yağmurlu hava şəraiti müşahidə olunur: “Bəzi yerlərdə yağışlar leysan xarakterli, intensivdir. Axşam bəzi ərazilərdə qar yağıb. Qeyri-sabit hava şəraiti sabah da davam edəcək”.
G.Məmmədova qeyri-sabit hava şəraitinin oktyabr ayının 5-dən etibarən düzələcəyini deyib. Onun sözlərinə görə, oktyabrın 5-i gündüz saatlarından havanın mülayimləşəcəyi və gün ərzində yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək”. 
Geri dön