Ana Sayfa > Karusel / İdman > “Azərbaycan millisi də bizimlə eyni vəziyyətdədir"

“Azərbaycan millisi də bizimlə eyni vəziyyətdədir"


3-10-2017, 12:05. Yazar: Xeberaz


"Heyətdə yer alan futbolçuların hazırkı durumu məni qane edir. Komandaya sonradan cəlb olunan Yan Şikora və Vaçlav Kadletsin vəziyyəti də ürəyimcədir. Azərbaycanla oyundan əvvəl futbolçuların motivasiyası yüksəkdir”.
Bu sözləri Çexiya millisinin baş məşqçisi Karel Yarolum DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla oyun öncəsi fikirlərini yerli mətbuata danışarkən deyib.
O, hər iki komandanın mundialın finalında vəsiqə qazanmaq şansının qalmadığını bildirib: “Azərbaycan millisi də bizimlə eyni vəziyyətdədir. Onların da dünya çempionatının final mərhələsinə çıxmaq şansları qalmayıb. Yenə də sona qədər mübarizə aparacağıq. Çünki nəticə turnir cədvəlindəki mövqeyimiz və reytinq əmsalı baxımından böyük önəm kəsb edir. Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında komandaların hansı səbətdə yer alması məhz reytinq əmsalından asılıdır”.
 
Qeyd edək ki, Azərbaycan – Çexiya oyunu oktyabrın 5-i saat 20:00-da başlayacaq.
Geri dön