Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Rəşad Dağlının bıçaqladığı deyilən meyxanaçı danışdı: "Paxıllıqdan..."

Rəşad Dağlının bıçaqladığı deyilən meyxanaçı danışdı: "Paxıllıqdan..."


3-10-2017, 12:03. Yazar: Xeberaz

Ölkə mətbuatında tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) həmkarı Rüfət Nasosnunu (Kərimov) bıçaqlaması barədə xəbər yayılıb.
O, yayılan məlumatı təkzib edib.
"Bu, yanlış xəbərdir. Bunu kimsə paxıllıqdan, sifarişlə yazdırıb. Keçən dəfə də Vüqarla dava etdiyimi yazmışdılar. Rəşad mənim dostum, qardaşımdır. Biz bir yerdə çörək kəsirik", - o bildirib.
Qeyd edək ki, yayılan məlumata əsasən, məclislərdən birində sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra danışmağa qərar veriblər. Söhbət zamanı tərəflərin qarşılıqlı ittihamı sonda Rəşadın Rüfəti bıçaqlaması ilə nəticələnib.
Hazırda Rüfət ayağından yaralıdır. Ev şəraitində müalicə alan meyxanaçının Rəşad Dağlıdan şikayətçi olmadığı bildirilir.
Qeyd edək ki, sözügedən xəbəri Ölkə.az saytı yayımlayıb.
Geri dön