Ana Sayfa > Karusel / Dünya / M2 > Qambiya prezidenti Yaya Camme (Yahya Jammeh) ölkədə bütün geylərin boğazını kəsmək ilə hədələyib,

Qambiya prezidenti Yaya Camme (Yahya Jammeh) ölkədə bütün geylərin boğazını kəsmək ilə hədələyib,


30-06-2015, 15:23. Yazar: Xeberaz
Qambiya prezidenti Yaya Camme (Yahya Jammeh) ölkədə bütün geylərin boğazını kəsmək ilə hədələyib,

Qambiya prezidenti Yaya Camme (Yahya Jammeh) ölkədə bütün geylərin boğazını kəsmək ilə hədələyib

“Mən bunu Qambiyada edən insanları öldürərəm. Əgər bu ölkədə bir kişi başqa kişi ilə evlənmək istəsə biz onu yaxalayacağıq və onu bir daha heç kim görməyəcək”, - ölkə turunda prezident bəyan edib.

Keçən ilin noyabrında Camme “homoseksualizmə görə” ömürlük həbs barədə qanun imzalayıb. Həyatlarının qalan hissəsini barmaqlıq arxasında AİDS və HİV xəstəliyi olan geylər və lezbiyankalar, eləcə də qeyri-ənənəvi əlaqələrinə görə növbəti dəfə saxlanılan şəxslər keçirə bilər. Bu qanuna qədər Qambiyada homoseksual əlaqələrinə görə 14 il azadlıqdan məhrumetmə cəzası tətbiq edilirdi.

2008-ci ildə dövlət rəhbəri gey və lezbiyankalara ölkədən getməyi məsləhət gördü, əks təqdirdə onların boyunlarını vurdurmağa başlayacağı ilə hədələdi.

Yaya Camme 1996-cı ildən Qambiya prezidentidir, o, yalnız qeyri-ənənəvi seksual oriyentasiyası olanlara qarşı aktiv kampaniyası ilə deyil, eləcə də qalmaqallı təşəbbüsləri ilə məşhurdur.

Belə ki, 1999-cu ildə dövlət başçısı xalasının ölümündə cadugərləri günahlandırıb. O zaman ölkədə “cadugərlər ovu” elan edilmişdi.

Dövlət rəhbəri eləcə də AİDS xəstəliyinin dərmanını tapdığını bəyan edərək, bu xəstəliyi otlardan hazırlanan dəmləmələr ilə müalicə etməyi təklif edib.
Geri dön