Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın bəzi yerlərinə qar yağacaq - HAVA PROQNOZU

Azərbaycanın bəzi yerlərinə qar yağacaq - HAVA PROQNOZU


1-10-2017, 14:08. Yazar: Xeberaz


Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 2-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Həftənin ilk iş günündə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir  güclənəcək.
Havanın temperaturu gecə  14-16° isti, gündüz  16-18° isti, Bakıda gecə  14-16°, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq. 
 
Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.
Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə  9-14°, gündüz  15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.
 






Geri dön