Ana Sayfa > Karusel / İdman > “Qarabağ” – “Roma” oyununun STATİSTİKAsı

“Qarabağ” – “Roma” oyununun STATİSTİKAsı


28-09-2017, 11:45. Yazar: Xeberaz

Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA II turun Bakıda baş tutan qarşılaşmasının göstəricilərini hesablayıb.
 
2:1 hesabı ilə qalib gələn İtaliya klubu əksər göstəricilərdə “Qarabağ”ı üstələyib. Təmsilçimiz daha çox ofsayda düşməsi və qeyri-dəqiq, həmçinin qarşısı alınan zərbələri ilə rəqibdən öndə olub. Qayda pozuntuları və vərəqələrdəki üstünlük isə komandamızın passivinə yazılmalıdı.
 
Çərçivəyə zərbələrdə isə “Roma” böyük üstünlüyə malik olub – 9:1. Ağdam klubunun yeganə dəqiq zərbəsi qolla nəticələnib.
 
Qarabağ Roma
1Qollar2
13Zərbələr15
1Çərçivəyə zərbələr9
6Çərçivəyə düşməyən zərbələr4
6Dəf olunan zərbələr2
4Künc zərbələri9
5Oyundankənar vəziyyət1
45Topa sahibolma (faizlə)55
81Ötürmə dəqiqliyi (faizlə)86
373Ötürmə sayı531
302Dəqiq ötürmə461
100,7Qət olunan məsafə (km ilə)101,3
2Sarı vərəqə1
21Qayda pozuntusu8
 


Geri dön