Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Oyundan sonra Bakı metrosu 1 saata 25 mindən çox sərnişin daşıyıb - FOTO

Oyundan sonra Bakı metrosu 1 saata 25 mindən çox sərnişin daşıyıb - FOTO


28-09-2017, 11:32. Yazar: Xeberaz

Sentyabrın 27-də Bakıda keçirilən "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 25 mindən artıq sərnişin daxil olub.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb:
"Həmin gün gecə saat 22:00-23:00 radələrində, yəni bir saat ərzində stansiyalarla 25 mindən artıq sərnişin daşınıb. Platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb, müəyyən yerlərdə sərnişinlərin hərəkətinə müəyyən müddətə məhdudiyyətlər də qoyulub. Sərnişinlər mərhələ-mərhələ stansiyalara buraxılıb".
Qeyd edək ki, ötən gün Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Roma" qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.(trend)



Geri dön