Ana Sayfa > Karusel / İdman > Dünyanın ən nüfuzlu bukmeyker kontorları “Qarabağ” - “Roma” oyununun əmsallarını AÇIQLADI

Dünyanın ən nüfuzlu bukmeyker kontorları “Qarabağ” - “Roma” oyununun əmsallarını AÇIQLADI


26-09-2017, 11:47. Yazar: Xeberaz

Azərbaycan təmsilçisi “Qarabağ”ın “Roma” ilə Çempionlar Liqasındakı qarşılaşmasına maraq həddən artıqdır. Bəzi futbolsevərlər oyuna baxmaqla yanaşı mərc etmək barədə də düşünür. Ancaq maraqlısı ondadır ki, bu qarşılaşmaya dünyanın nüfuzlu bukmeyker kontorları müxtəlif əmsallar verib. 
Əksər kontorlar "Roma"nın qələbəsinə 1,40 civarında əmsal verib. "Qarabağ"ın isə qələbəsini sensasiya kimi görən bukmeyker kontorları çox yüksək əmsallar təklif edir. Belə ki, təmsilçimizin qələbəsinə verilən ən yüksək əmsal 8,10-dur. 

"Roma"nın favorit olduğu matçda "Qarabağ"ın şansları çox az qiymətləndirilir.

"Qarabağ”ımızın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Son məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 65000-ə çatıb. Satışda olan bütün biletlər tükənib. 

“Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək. 

BAKU.WS

Geri dön