Ana Sayfa > Karusel / Gündəm / M2 > İyulun ilk gününə olan hava proqnozu açıqlandı

İyulun ilk gününə olan hava proqnozu açıqlandı


30-06-2015, 13:38. Yazar: Xeberaz
İyulun ilk gününə olan hava proqnozu açıqlandı
Abşeron yarımadasında gün ərzində əsən şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
İyulun 1-də Azərbaycanda havanın yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində əsən şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-25˚, gündüz 28-33˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyulun 1-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚, dağlarda gecə 14-19˚, gündüz 25-30˚ isti olacaq.
Geri dön