Ana Sayfa > Karusel / Hadisə > Zəlzələ Meksikada 305 can aldı

Zəlzələ Meksikada 305 can aldı


24-09-2017, 10:17. Yazar: Xeberaz


Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.
 
Xeberaz.az-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib. Ən çox – 167 ölüm halı Mexiko şəhərində qeydə alınıb.
 
Təbii fəlakət həmçinin Oaxaka, Puebla, Qerrero, Mexiko və Morelos ştatlarında da qurbanlara səbəb olub.
 
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 44 ev dağılıb.



 








Geri dön