Ana Sayfa > Karusel / Hadisə / M2 > Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu


24-09-2017, 10:03. Yazar: Xeberaz



Tanınmış azərbaycanlı alım Lütfi Zadənin nəşi sentyabrın 26-da Los Ancelesdən Bakıya yola salınacaq.
 
Bunu açıqlamasında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.
 
Onun sözlərinə görə, daşıma ilə məşğul olan şirkətin verdiyi məlumata görə, alimin nəşi Bakıya sentyabrın 29-da çatacaq.
 
Qeyd edək ki, 1921-ci ildə Novxanıda dünyaya gələn tanınmış alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib.





Geri dön