Ana Sayfa > Karusel / Hadisə > Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı

Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı


22-09-2017, 16:30. Yazar: Xeberaz

Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan 2004-ci il təvəllüdlü Cəfərli Ülvi Ruslan oğlu itkin düşüb.
Bu barədə itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub".
 
Ruslan Cəfərli övladı ilə evdə heç bir münaqişənin olmadığını da deyib: "Oğlumu görənlərdən xahiş edirəm ki, mən və yaxud polis bölməsi ilə əlaqə saxlasınlar".
 
Əlaqə nömrəsi: 0503848974
 
Qeyd edək ki, Cəfərli Ülvü Ruslan oğlu Xırdalanda 3 nömrəli məktəbin şagirdidir.


Geri dön