Ana Sayfa > Karusel / Gündəm / M2 > Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK

Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK


21-09-2017, 16:26. Yazar: Xeberaz

Azərbaycan əhalisi elektrik enerjisi üçün ön ödəmə SMART-kartlarının balansını "MilliÖn" terminalları vasitəsilə yükləmək imkanı əldə edib.
Bu barədə  "Komtec" şirkətindən ("MilliÖN" ödəmə terminallarının quraşdırılması və
servis dəstəyi üzrə texniki mərkəz) məlumat verilib.
Məlumatda qeyd olunur ki, SMART-kartları hələlik Gəncə, İsmayıllı, Sumqayıt və Abşeron yarımadasındakı terminallarda yükləmək mümkün olacaq.
Şirkətdən o da məlumat verilib ki, yaxın zamanlarda Gəncədə SMART-kart yükləmə funksiyalı "MilliÖn" terminallarının sayı artırılacaq: "Bundan başqa, gələn həftə yeni funksiya Mingəçevir, Bərdə və Şəmkirdəki terminallarda işə salınacaq".


Geri dön