Ana Sayfa > Karusel / Hadisə > Ər arvadını döyüb xəstəxanalıq etdi - Gəncədə

Ər arvadını döyüb xəstəxanalıq etdi - Gəncədə


21-09-2017, 09:44. Yazar: Xeberaz


Gəncə sakini döyülüb.
 
Şəhər sakini, 1962-ci il təvəllüdlü Nəsirova Xəzangül Ələddin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
 
Məlumata görə qadın ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.apa









Geri dön