Ana Sayfa > Karusel / Hadisə / Dünya > Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı

Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı


21-09-2017, 09:33. Yazar: Xeberaz


Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 230 nəfərə çatıb.
Bu barədə ölkənin Mülki Müdafiə Qüvvələrinin Milli Koordinatoru Luis Felipe Puente özünün “Tvitter”ində yazıb.
 
“Paytaxt Mexikoda ölənlərin sayı 100-ə çatıb. Təbii fəlakət qurbanların ümumi sayı 230 nəfərdir”, Peunte qeyd edib.
 
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Son iki sutka ərzində ölkə ərazisində 10-dan çox yeraltı təkan qeydə alınıb. Təbii fəlakət  nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.





Geri dön