Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda şirkətdə işləyən 4 qadın evə qayıdarkən öldü

Azərbaycanda şirkətdə işləyən 4 qadın evə qayıdarkən öldü


20-09-2017, 10:58. Yazar: Xeberaz


 
Ötən gecə Salyan rayonunda baş vermiş dəhşətli yol qəzasında ölən qadınların tikinti şirkətinin yeməkxanasında işlədiyi məlum olub. Ələt-Astara magistral yolunun Sarvan kəndindən keçən hissəsində “VAZ 2106” və “Mercedes” markalı iki minik avtomobillərinin toqquşması nəticəsində vəfat edən şəxslər 1980-ci il təvəllüdlü Əhmədova Arzu Ağahüseyn qızı, 1958-ci il Əhədova Gilas Məhərrəm qızı, 1965-ci il təvəllüdlü Baxşıyeva Sevinc İbrahim qızı və 1984-cü il təvəllüdlü Qasımova Vəfa Əhəd qızıdır. Onlar yol tikintisi ilə məşğul olan “EVRASCON” şirkətinin yeməkxanasında aşpaz işləyirmiş. Qəza qadınlar işdən evə qayıdarkən baş verib. Qadınların olduğu “VAZ 2106”nı idarə edən Babək adlı şəxsin də həmin şirkətdə fəhlə işlədiyi məlum olub.
 
Bildirilir ki, məlum hadisədə vəfat edənlərin hamısı Salyan şəhər sakinləridir və onlardan 3-ü bir müddət əvvəl fəaliyyətini dayandırmış Salyan Dəmiryolu Xəstəxanasında çalışırmış. Xəstəxana bağlanandan sonra qadınlar tikinti şirkətində işə düzəliblər.
 
Qeyd edək ki, avtomobil qəzası nəticəsində vəfat edən 4 qadından başqa daha 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
*****
 
22:59
 
Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.   Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb. 
 
Qəza nəticəsində ölənlərin kimliyi bəlli olub. Onlar Salyan sakinləri, 1980-ci il təvəllüdlü Əhmədova Arzu Ağahüseyn qızı, 1958-ci il Əhədova Gilas Məhərrəm qızı, 1965-ci il təvəllüdlü Baxşıyeva Sevinc İbrahim qızı və 1984-cü il təvəllüdlü Qasımova Vəfa Əhəd qızıdır. apa
 




Geri dön