Ana Sayfa > Karusel / Şou-Biznes > Cavanşir Məmmədov: "Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır"

Cavanşir Məmmədov: "Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır"


19-09-2017, 14:06. Yazar: Xeberaz

Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib.
Müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır.
Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".
Əməkdar artist, həmçinin qeyd edib ki, həmin müğənniləri adbaad tanıyır və adlarını açıqlaya bilər. 


Geri dön