Ana Sayfa > Karusel / Şou-Biznes > Şakiranın Pikedən ayrılmasının İNANILMAZ SƏBƏBİ

Şakiranın Pikedən ayrılmasının İNANILMAZ SƏBƏBİ


19-09-2017, 09:08. Yazar: Xeberaz




İspaniya yığması və "Barselona" klubunun müdafiəçisi Jerar Pike ilə Şakiranın münasibətləri gərginləşib.
 İspaniya mətbuatı xəbər verir ki, Pike müğənniyə təhqiramiz jest göstərib. Belə ki, İspaniya çempionatının 3-cü turu çərçivəsində oyunda Pikenin orta barmağını azarkeşlərə deyil, müğənniyə göstərdiyi üzə çıxıb. Futbolçunun bu hərəkəti onun müğənni ilə münasibətlərinin pisləşməsi barədə şübhə doğurub.
Məlum olub ki, Şakira uzunmüddətli xarici turnesindən əvvəl Pikenin evini tərk edib. Cütlük sosial şəbəkələrdə də çoxdandır birlikdə şəkil paylaşmırdı.
Məlumat üçün bildirək ki, Şakira ilə Pike arasında 10 yaş fərqi var. Onların hər ikisinin doğum günü fevralın ikisinə təsadüf edir. Cütlüyün Milan və Saşda adında iki oğlu var.



Geri dön