Ana Sayfa > Karusel / Maraqlı / M2 / Foto-fakt > Bu ölkədə "Şərab döyüşü" oldu (FOTO)

Bu ölkədə "Şərab döyüşü" oldu (FOTO)


30-06-2015, 11:56. Yazar: Xeberaz
Bu ölkədə "Şərab döyüşü" oldu (FOTO)
İspaniyanın Haro qəsəbəsində insanlar bir-birini şərabla sulayırlar.
İspaniyanın şimalında Haro qəsəbəsində ənənəvi illik Batalla de Vino ("Şərab döyüşü") başlayıb və maraqlı məqamları ilə yadda qalıb.

Xeberaz.az xəbər veripr ki,ANS PRESS-in məlumatına görə, bu mərasim hər il San Pedro şəhərinin Qoruyucu Mələyinin şərəfinə keçirilir.

Rəvayətə görə, həmin mələk 5-ci əsrdə şəhərin keşikçisi olub. Mərasimə qatılanlar gecəni içərək əylənib, sahər isə bir-birini ucuz qiymətə satılan şərabla sulayırlar.

İspaniyada bu qeyri-adi əyləncə mərasimi dünya mətbuatının diqqətindən yayınmayıb. Reuters agentliyinin paylaşdığı fotolarda həmin mərasimin necə keçirildiyini aydın təsəvvür etmək mümkündür.










Geri dön