Ana Sayfa > Karusel / Siyasət / Dünya > ABŞ İŞİD-i dəstəkləyir? - İranın sübutu var

ABŞ İŞİD-i dəstəkləyir? - İranın sübutu var


17-09-2017, 09:37. Yazar: Xeberaz
ABŞ İŞİD-i dəstəkləyir? - İranın sübutu var
İran ABŞ-ın İŞİD terror qruplaşması üzvlərini dəstəkləməsinə dair əlində sübutlarının olduğunu bəyan edib.
Bunu İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi-Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə bildirib.
"Biz bir neçə il ABŞ-ın komanda mərkəzlərinə daxil olduq və onların nəyi izlədiyini, hara vurduğunu, nəyin yanından keçdiyini və İŞİD-i necə dəstəklədiklərinin şahidi olduq", - deyə o, yerli KİV-ə söyləyib.
Komandanın sözlərinə görə, əgər İİKK Amerikanın terrorçuları dəstəkləməsinə dair sübutların işıqlandırılmasına icazə alsa, onların fəaliyyəti Yaxın Şərqdə ABŞ üçün "böyük qalmaqal"la nəticələnəcək. (report)
Geri dön