Ana Sayfa > Karusel / Hadisə > Abşeronda dəhşətli avtobus qəzası: 7 yaralı

Abşeronda dəhşətli avtobus qəzası: 7 yaralı


17-09-2017, 09:18. Yazar: Xeberaz

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Xəbəraz.Az report-a istinadən xəbər verir ki, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək önündə gedən minik avtomobilinə (taksi - red.) çırpılıb.
Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.
Bir nəfərin - 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Geri dön