Ana Sayfa > Karusel / İdman > "Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - AÇIQLANDI

"Qarabağ"-"Roma" oyununa neçə min bilet satılıb? - AÇIQLANDI


16-09-2017, 21:27. Yazar: Xeberaz
 
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.
Bu günə olan məlumata görə, artıq qarşılaşmaya satılan biletlərin sayı 40 minə çatıb.
 
Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
 
Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.
 
 
 
Biletlərin qiymətləri:
 
VIP – 50 AZN
 
Kateqoriya 1 – 20 AZN
 
Kateqoriya 2 – 10 AZN
 
Kateqoriya 3 – 5 AZN
 
Kateqoriya 4 – 2 AZN
 
Satış məntəqələri:
 
Asan Xidmət Mərkəzləri
 
Heydər Əliyev Sarayının kassası
 
28 Mall
 
Gənclik Mall
 
Park Bulvar (Qarabağ FK Fanshop)
 
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
 
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
 
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)




Geri dön