Ana Sayfa > Karusel / Hadisə > Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqladı

Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqladı


16-09-2017, 21:23. Yazar: Xeberaz
Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqladı
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov İntizam Ehtiram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Geri dön