Ana Sayfa > Karusel / Hadisə > Kürdəmirdə maşın səkiyə çırpıldı - İki azyaşlı qardaş öldü

Kürdəmirdə maşın səkiyə çırpıldı - İki azyaşlı qardaş öldü


15-09-2017, 20:15. Yazar: Xeberaz
Kürdəmirdə maşın səkiyə çırpıldı
Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
 
Hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar-Kürdəmir sərhədində qeydə alınıb. 
 
Bakı şəhərinin  Qaradağ rayon sakini Elmin Hüseynova məxsus “Toyota” markalı minik maşınının idarəetmədən çıxaraq səkiyə çırpılıb.  Nəticədə sürücünün 2011-ci il təvəllüdlü oğlu Ucal Elmin oğlu Hüseynov, 2013-ci il təvəllüdlü Firdovsi Elmin oğlu Hüseynov və maşında olan digər sərnişin, 2011-ci il təvəllüdlü Alsu Feyruz qızı Fərzəliyeva müxtəlif xəsarətlərlə Kürdəmir Rayon mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Həkimlərin səyinə  baxmayaraq Ucal və Firdovsi qardaşları xəstəxanada ölüb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Geri dön