Ana Sayfa > Karusel / Gündəm > Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı

Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı


12-09-2017, 11:26. Yazar: Xeberaz


“Növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində dəyişiklik gözlənilmir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, növbəti iki gün ərzində hava şəraiti, əsasən, yağmursuz keçəcək: “Cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 28-32, Mərkəzi aran rayonlarında 33, dağlarda 20-25 dərəcə isti olacağı gözlənilir”.
Geri dön