Ana Sayfa > Karusel / Gündəm > Milli Məclis bu gündən işə başlayır

Milli Məclis bu gündən işə başlayır


12-09-2017, 10:46. Yazar: Xeberaz

Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.
Bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, sentyabrın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.

“Gündəliyə 9 məsələ daxil edilib.  İclasda “Müdafiə haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik layihələri müzakirə ediləcək.
Həmçinin, sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.


Geri dön