Ana Sayfa > Karusel / Hadisə > Lənkəranda ağır qəza - Ölən və yaralananların kimliyi bilindi - YENİLƏNİB

Lənkəranda ağır qəza - Ölən və yaralananların kimliyi bilindi - YENİLƏNİB


12-09-2017, 10:39. Yazar: Xeberaz

Lənkəranda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, ölən Lənkəran rayonu Avrora kənd sakini,  “VAZ 2106”-nın sürücüsü Əliyev Qalib Fəraməz oğludur.
 
Yaralılar sürücünün qızı Əliyeva Rumiyyə və “Mercedes” markalı avtomobilin sürücüsü,  Avrora kənd sakini,  Rzayev Zaur Kamal oğludur.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. 
 
***
 
Lənkəranda ağır yol qəzası baş verib.
 
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
İlkin məlumata əsasən, “VAZ 2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir. 


Geri dön