Ana Sayfa > Karusel / Hadisə > Sabirabadda mikroavtobus aşdı: 2 ölü, 10 yaralı - ADLAR- YENİLƏNİB

Sabirabadda mikroavtobus aşdı: 2 ölü, 10 yaralı - ADLAR- YENİLƏNİB


11-09-2017, 14:18. Yazar: Xeberaz

Sabirabad rayonunda mikroavtobusun aşması nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə,  1949-cu il təvəllüdlü Baxşıyev Xələf Əsgəralı oğlunun idarə etdiyi “Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb.
 
 
Hadisə nəticəsində Sabirabad rayon sakini, 20 yaşlı Abbasova Gülzar Sakit qızı və 1946-cı il təvəllüdlü Zərbəliey Teymur Xanhüseyn oğlu ölüb.
 
Sürücüsü və mikroavtobusda olan sərnişinlər - 1986-cı il təvəllüdlü Amil Əhmədov, 1968-ci il təvəllüdlü Şəhla Abbasova, 1992-ci il təvəllüdlü Çimnaz Rəhmətova, 1957-ci il təvəllüdlü Böyükkişi Ağayev, 1963-cü il təvəllüdlü Zeynəb Novruzova, 1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov, 1992-ci il təvəllüdlü Mahir Həsən oğlu Hüseynov, 1991-ci il təvəllüdlü Kamran Ələkbərov, 19974-cü il təvəllüdlü Bəylər Quluzadə xəsarət alıblar.
 
Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.      
 
Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalara yola salınıblar. 
 
 
 
***
 
12:39
 
Sabirabad rayonunda mikroavtobus aşıb.
 
APA-ın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Sabirabad rayon mərkəzinə gedən yolda qeydə alınıb.
 
Mikroavtobusun aşması nəticəsində iki nəfərin öldüyü, 7 nəfərin xəsarət aldığı bildirilir.
Geri dön