Ana Sayfa > Karusel / Gündəm > İlham Əliyevdən Mehman Əliyevin həbsinə REAKSİYA - Jurnalist azadlığa çıxa bilər

İlham Əliyevdən Mehman Əliyevin həbsinə REAKSİYA - Jurnalist azadlığa çıxa bilər


11-09-2017, 11:09. Yazar: Xeberaz


“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyev həbsi ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb.
Xəbəraz.Az saytı xəbər verir ki, haqqın.az-ın yazdığına görə, İlham Əliyev Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.
Xatırladaq ki, fevralın 10-da İlham Əliyev Azərbaycanda penitensiar sahədə cəza sisteminin təkmilləşdirilməsi və alternativ, humanist qətimkan tədbirlərinin tətbiqi ilə bağlı sərəncam imzalamışdı.


Geri dön