Ana Sayfa > Karusel / Hadisə > Abşeronda dəhşət: sevgilisini və onun atasını öldürdü

Abşeronda dəhşət: sevgilisini və onun atasını öldürdü


11-09-2017, 10:59. Yazar: Xeberaz

Abşeronda dəhşətli qətl törədilib. 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib. 
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S. Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan Sahib Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. 
Geri dön