Ana Sayfa > Karusel / Şou-Biznes > Bədənimdə olan göyərmələrdən həzz alıram" -Aygün Kazımova

Bədənimdə olan göyərmələrdən həzz alıram" -Aygün Kazımova


11-09-2017, 10:57. Yazar: Xeberaz
"Bədənimdə olan göyərmələrdən həzz alıram" -  Aygün Kazımova
Solo konsertə hazırlaşan xalq artisti Aygün Kazımova bütün zamanını məşqlərdə keçirir.
Müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında məşqlər zamanı xeyli zədə almasından danışıb:

"Əlimdən və ayağımdan zədələr almışam. Bu da normaldır. Etiraf edim ki, bu zədələrdən, bədənimdə olan göyərmələrdən həzz alıram".
Bir neçə aydır Heydər Əliyev adına İdman kompleksində rəqqasları ilə məşq edən A.Kazımova artıq məşqlərini konsertin keçiriləcəyi "Crystal Hall" səhnəsində davam etdirdiyini bildirib: 

"Gecələr də "Crystal Hall"da məşq gedir. Dekorasiya qurulmamış belə bu səhnə və məkan çox gözəldir. Çox xoşbəxtəm ki, bu yaşımda, yaradıcılığımın bu dövründə sağlam komanda ilə çalışıram. Komandamız isə həddən artıq böyükdür".
30 illik hesabat konsertindən danışan müğənni 22 sentyabr tarixində bütün arzularını həyata keçirəcəyini etiraf edib:
"İllərdir ki, bir arzum var. Səhnədə qanad açıb uçmaq. Bu konsertimizdə bunların hamısı baş tutacaq. Bir etiraf da edim ki, heç bir konsertdə bu cür hazırlıqlı olmamışam. Bu sözləri böyük cəsarətlə söyləyirəm".


Geri dön