Ana Sayfa > Karusel / İdman > “Dişimizlə, dırnağımızla sona qədər mübarizə aparacağıq” – Qurban Qurbanov

“Dişimizlə, dırnağımızla sona qədər mübarizə aparacağıq” – Qurban Qurbanov


11-09-2017, 10:56. Yazar: Xeberaz

“Avropanın ən mötəbər klub turnirində oynamaq komandamızın çoxdankı arzusu idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində ilk oyununu sabah “Çelsi”yə qarşı keçirəcək.
 
Matçdan öncə AFP nəşrinə açıqlama verən 45 yaşlı çalışdırıcı maraqlı fikirlər səsləndirib: “Püşk İngiltərə, İspaniya və İtaliyanın ən yaxşı klublarını bizə rəqib etdi. Qrupda böyük rəqabət olacaq. Rəqiblərimiz çox güclü və təcrübəli komandalardı. Amma bu o demək deyil ki, biz döyüşdən əvvəl təslim olacağıq. Hər bir oyunda dişimizlə, dırnağımızla sona qədər mübarizə aparmağa hazırıq”.
 
Qurbanov “Çelsi” ilə Londonda keçirəcəkləri oyuna da toxunub. O, rəqibin güclü olduğunu etiraf etsə də, layiqli nəticəyə imza atmağa çalışacaqlarını deyib: “Mübarizəyə Londonda start verəcəyik. Bizi “Çelsi” ilə vacib oyun gözləyir. "Stemford Bric”dəki qarşılaşma çox ağır keçəcək. Buna baxmayaraq, layiqli nəticəyə imza atmağa çalışacağıq”.
 
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.  
Geri dön