Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın müdafiə naziri İsrailə getdi

Azərbaycanın müdafiə naziri İsrailə getdi


11-09-2017, 10:37. Yazar: Xeberaz

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.
Geri dön