Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda həbsxanada silahlı insident: 1 nəfər güllələnib

Azərbaycanda həbsxanada silahlı insident: 1 nəfər güllələnib


10-09-2017, 10:24. Yazar: Xeberaz

Salyanda silahlı insident qeydə alınıb.Hadisə rayonun Yenikənd kəndindəki 5 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Həmin müəssisədə xidmət edən Ağstafa sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu odlu silahdan açılan atəş nəticəsində güllə yarası alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, insident yaralı ilə xidmət yoldaşı arasında mübahisə zəminində baş verib.
 
Faktla bağlı araşdırma aparılır.




Geri dön