Ana Sayfa > Karusel / İbadət > Dəstəmazın 7 bərəkəti

Dəstəmazın 7 bərəkəti


9-09-2017, 17:17. Yazar: Xeberaz


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:
1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
 
2. Hacətin yerinə yetməsinə səbəb olar.
 
3. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”. (Beytutə saytı)
 
4. Dəstəmazlı halda yatanın yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmazlı halda yatar, yatağı onun üçün məscid olar və yuxusu (o kəsin savabına malik olar ki) namazla məşğul olar, o vaxta qədər ki, gecəni səhər edər”.
 
5. Ruzinin artmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Hər kim mənzilinin xeyir və bərəkətini artırmaq istəyər – yemək yeyən zaman dəstəmaz alsın”.
 
6. Qəm və qüssəni aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Yeməkdən əvvəl dəstəmaz almaq yoxsulluğun aradan getməsinə və ondan sonra (dəstəmaz almaq isə) qəm və qüssəsinin aradan getməsinə səbəb olar”.
 
7. Qəzəbi yatızdırar. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, sizlərdən biriniz qəzəblənər, dəstəmaz alsın”.
(deyerler.org)


Geri dön