Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları - FOTO

İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları - FOTO


9-09-2017, 11:07. Yazar: Xeberaz

İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb. Cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportlarının da olduğu görünür. 30-a yaxın İŞİD-çinin sənədinin əks olunduğu fotolarda bəzilərinin adlarının oxunması çətin olsa da anadan olduqları yerlərin - Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərinin adlarını oxumaq mümkündür.
Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı 2000-dən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir. 



Geri dön