Ana Sayfa > Karusel / Gündəm / Hadisə > "Qəbələdə meşə yanğınlarının söndürülməsi başa çatdı" - QƏRARGAH

"Qəbələdə meşə yanğınlarının söndürülməsi başa çatdı" - QƏRARGAH


8-09-2017, 15:40. Yazar: Xeberaz


Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğının söndürülməsi əməliyyatı başa çatıb.
Yanğın 7 sentyabr tarixində saat 17:00 radələrində söndürülüb. Ötən günlər ərzində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınların yaşayış məntəqələrinə və təsərrüfat sahələrinə keçməsinin qarşısı alınıb, əhali arasında xəsarət alan olmayıb.
 
 Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Geri dön