Ana Sayfa > Karusel / Gənclərimiz > Vətənimizdə ana dilində danışıb, amma azərbaycanlı olmayanlar

Vətənimizdə ana dilində danışıb, amma azərbaycanlı olmayanlar


8-09-2017, 12:47. Yazar: Xeberaz

Azərbaycanımız həmişə yad millətlərə öz pənah qapısını açmışdır. Vətənimizdə müxtəlif cür xalqlar yaşayır: çeçen, kürd, talış, tat, erməni, rus, gürcü, özbək, monqol, ərəb, ləzgi, avar, ukraynalı və s. Bunların hamısını azərbaycanlı hesab etmək düzgün olmaz. Hər “Azərbaycan türküyəm” deyən də “Türk” hesab olunmur. Yunanların, romalıların, farsların-sasanilərin, ərəblərin, monqolların, özbəklərin və rusların Qafqaza, Azərbaycana yürüşlərindən sonra Türkçülük məfhumu və milli kimlik yox oldu. Azərbaycanda Oğuz türkləri var, amma çox təəssüflər olsun ki, azdırlar. Azərbaycan türkləri Dədə Qorqudun soyundan gələnlərdir. Bu yürüşlər nəticəsində işğalçılar köçürmə siyasəti də apardılar. Öz ölkələrindən bura, buradan isə öz ölkələrinə insanları köçürməyə başladılar. Tovuz camaatına fikir verəndə görürsən ki, əksəriyyəti monqol-özbək qarışıqlıdır. Çünki, zahiri görkəmləri-qıyıqgözlü olmaları bundan xəbər verir. 1231-ci ildə monqollar Azərbaycana işğaçılıq məqsədi ilə yürüş edərkən Tovuzu tutmuşdular. Belə güman etmək olar ki, bu regionda Monqol milliyyəti daha çox kök salıb. Ümumiyyətlə, şəhərə düşəndə insanlara fikir verirsən; Onların antropoloji görkəmlərində Azərbaycan türkünə xas xüsusiyyətlərin heç biri yoxdur. Bu, onların qeyri-türklərdən olmalarından xəbər verir. Başqa millətləri-yunan, rus, gürcü, yəhudi, polşa, alman qadınlarını biz türklərə sırıyaraq, Xalq dili ilə desək, evimizi yıxdılar. Götürək, Osmanlı imperiyasından. 1520-ci ilə-Sultan Süleyman Qanuninin hakimiyyətə gəlişinə qədər Osmanlı imperiyasını əsl türklər idarə etmişdirlər. Sultan Süleyman Qanuninin milliyyəti barədə şübhələr çoxdur; Onun qanı qarışıqdır. Çünki, anası Polşa yəhudisi idi. Məsələn, Don kazakları da əsl türklər idilər. Amma Çar rusiyası onların döyüşkən olduğunu bilərək belə qərara gəlmişdi ki, gələcəkdə işğal edəcəyi ölkələri tutmaq üçün kazaklardan istifadə etmək daha məqsədə uyğundur. Onun üçün kazakları ruslaşdırdılar. Hansı kazaka baxırsan, hamısı sarışındır. Onlarda da türklükdən heç bir əsər-əlamət qalmamışdır. Amma biz yenə də öz milli kimliyimizi, adət-ənənələrimizi və mənliyimizi qorumalıyıq!
Ərtoğrul Türkyurd
Geri dön