Ana Sayfa > Karusel / Gündəm / M2 > Sentyabrın 8-nə hazırlaşın: Qorxunc şüa qasırğası gəlir - XƏBƏRDARLIQ

Sentyabrın 8-nə hazırlaşın: Qorxunc şüa qasırğası gəlir - XƏBƏRDARLIQ


7-09-2017, 12:49. Yazar: Xeberaz
Sentyabrın 8-nə hazırlaşın: Qorxunc şüa qasırğası gəlir - XƏBƏRDARLIQ
Bu gün növbəti maqnit qasırğasının başlanğıcı proqnozlaşdırılır.
Bu haqda Rusiya Elmlər Akademiyasının Yer Maqnetizmi, İonosfer və Radiodalğalar İnstitunun Kosmik Hava Məlumatı Mərkəzinin rəhbəri Sergey Qaydaş bildirib.
Onun sözlərinə görə, maqnit qasırğası xroniki xəstəliklərdən əziyyət çəkən insanların əhvalının pisləşməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, gücündən asılı olaraq, günəşdə baş verən partlayışlar beş sinifə bölünür: A, B, C, M, X.Sergey Qaydaşın sözlərinə görə, yeni maqnit qasırğası M sinfindən olan partlayış nəticəsində yaranacaq. Partlayışın təsiri 8-9 sentyabr tarixlərində Yer kürəsinə çatacaq.
Günəşdə baş verən partlayışlar nəticəsində ətrafa böyük miqdarda enerji buraxılır. Bir saniyə ərzində Günəşdən ayrılan enerjinin beşdə bir hissəsi Yer kürəsində milyon il ərzində (müasir templərlə istehsalı şərti ilə) istehsal olunan enerjiyə bərabərdir.
Geri dön