Ana Sayfa > Karusel / Maraqlı > Fəxri “Oskar” mükafatının laureatları açıqlandı

Fəxri “Oskar” mükafatının laureatları açıqlandı


7-09-2017, 12:12. Yazar: Xeberaz

ABŞ kinoakademiyası fəxri “Oskar” mükafatının lauretlarının adlarını açıqlayıb. 
Bu ilin laureatı “The Glass Shield” (1994) və “Namibia: The Struggle for Liberation” (2007) filmləri ilə tanınan rejissor Çarlz Bernett olub.
Mükafata həmçinin operator Ouen Royzman da layiq görülüb. O, “Absence of Malice” (1981), “The Addams Family” (1991), “French Kiss” (1995) kimi filmlər üzərində çalışıb.
Fəxri mükafata 160 filmdə rol almış aktyor Donald Sazerlend də layiq görüləcək. O, “Pride & Prejudice” (2005), “The Hunger Games”, “Fallen” (1998) filmlərində nümayiş etdirdiyi aktyor oyunu ilə rəğbət qazanıb.
Mükafatın dördüncü laureatı 40-dan artıq filmin müəllifi olmuş rejissor Anyes Vardadır. Onun ən yaxşı işləri arasında “Les plages d'Agnès” (2008) və “Le Bonheur” (2013) filmlərini qeyd etmək olar.
Xatırladaq ki, fəxri “Oskar” mükafatı 1948-ci ildə təsis edilib. Mükafat hansısa filmə və ya hansısa ildəki fəaliyyətinə görə verilmir. Bu mükafat kino sahəsində mühüm nailiyyətlərə, həmçinin illər ərzində kino sənətinə və Akademiyaya (Amerika Kino Sənəti Akademiyası) göstərilən xidmətlərə görə verilir.
Mükafatlandırma mərasimi 11 noyabrda, Los-Ancelesdə baş tutacaq.
Geri dön