Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Naxçıvanda rekord göstərici - Heç kimin borcu yoxdur-FOTO

Naxçıvanda rekord göstərici - Heç kimin borcu yoxdur-FOTO


7-09-2017, 11:52. Yazar: Xeberaz

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə 2017-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.
Xəbəraz.Az azvision.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda elektrik enerjisi ödənişi 100 % və daha artıq nəticə ilə yerinə yetirilib. 

Açıqlanan statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin elektrik enerjisi borcu qeydə alınmayıb.

Qeyd olunub ki, avqust ayında texniki itki nəzərə alınmaqla daxil olan 43 milyon 245 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 633 min 800 manat olub, cəmi 3 milyon 634 min 300 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.



Geri dön