Ana Sayfa > Karusel / Hadisə > Kütləvi zəhərlənmə: 8 nəfər xəstəxanaya yerləşdirildi - Tovuz

Kütləvi zəhərlənmə: 8 nəfər xəstəxanaya yerləşdirildi - Tovuz


5-09-2017, 11:08. Yazar: Xeberaz
Kütləvi zəhərlənmə: 8 nəfər xəstəxanaya yerləşdirildi




Tovuz rayonunda baş vermiş yanğın hadisəsi zamanı kütləvi zəhərlənmə olub.
Məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd ərazisində ticarət obyektlərindən birində yanğın olub.
Kənd sakinləri yanğının qarşısını almaq üçün tədbirlər görüb. Yanğının qarşısını alarkən 1 nəfər qadın olmaqla, 8 nəfər tüstüdən zəhərlənib.
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Qədimov Eldəniz Eldar oğlu, 1981-ci il təvəllüdlü Vəliyev Mehman Mahmud oğlu, 1994-cü il təvəllüdlü Əsədov Qəhrəman Qüdrət oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Xəyal Əli oğlu, 1990-cı il təvəllüdlü Ələsgərov Elvin Şərif oğlu, 1992-ci il təvəllüdlü Əsədov Murad Qüdrət oğlu, 1976-cı il təvəllüdlü Seyidov Kamran Məhərrəm oğlu və 1967-ci il təvəllüdlü Həsənova Elmira Həsən qızı zəhərlənmə ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Zəhərlənənlərə tibbi yardım göstərilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb. //Trend

Geri dön