Ana Sayfa > Karusel / Təhsil / Maraqlı > Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi - FOTO

Azərbaycanlı oğlan 15 yaşında universitetə girdi - FOTO


5-09-2017, 11:05. Yazar: Xeberaz


 
İsayev Elcan Sabir oğlu ADAU-nun builki tədris ilinin ən gəc tələbəsidir. Onun cəmi 15 yaşı var. Elcan 2002-ci ildə Tovuzun Həsənli kəndində anadan olub. Hazırda, rayonun Dondar Quşçu kəndində yaşayır.
 
ADAU-nun “meşəçilik” ixtisasını seçən E. İsayev bu ixtisasda təhsil almaqla gələcəkdə uğurlu karyera əldə edəcəyinə inanır.
 
Qeyd edək ki,  “meşəçilik” ixtisası ADAU-nun yalnız dövlət sifarişli ixtisaslarından biridir.
 
Əlavə olaraq onu da qeyd edək ki,  2017-2018-ci tədris ilində respublikanın ən yaşlı abituriyent - Quba rayon sakini Qazıyev Əfsəl Seyfəl oğlu da bu ali təhsil müəssisəsində əyani təhsili seçib.
 



Geri dön