Ana Sayfa > Karusel / Hadisə > Toydan qayıdan Lerik sakinləri qəzaya düşdülər: 4 yaralı

Toydan qayıdan Lerik sakinləri qəzaya düşdülər: 4 yaralı


5-09-2017, 11:04. Yazar: Xeberaz


Bakıdan toydan qayıdan Lerik sakinləri mikroavtobusla Masallıda qəzaya düşüblər.
 
Hadisə yeni salınan Ələt-Astara-İran yolunun Masallı rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Qəza nəticəsində Lerik rayon Ambu kənd sakinləri, 1972-ci il təvəllüdlü Xumar Məhərrəmova, 1963-cü il təvəllüdlü Nazilə Hüseynova və 1965-ci il təvəllüdlü Zərifə Dövlətova yaralanıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
İlkin məlumata görə, “QAZel” markalı mikroavtobus yeni tikilən yolda maneəyə çırpılıb.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır.apa



 
Geri dön